Fransa Qəzza sakinləri üçün 350 ton yardım GÖNDƏRDİ

 20:03 21.12.2023     205

Fransa Qəzza zolağının mülki əhalisi üçün Misirə humanitar yardım göndərib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"350 tondan çox yük daşıyan ilk yük çərşənbə günü, dekabrın 20-də Le Havre limanından çıxıb və Misirin Port Səidinə yola düşüb. İkinci gəminin yola salınması gələn həftənin əvvəlinə planlaşdırılır", - bəyanatda qeyd olunub.

İkinci partiya da 350 ton humanitar yardımdan ibarət olacaq.

Qeyd olunur ki, hər iki göndərişə dərman, tibbi avadanlıq və ərzaq daxildir.

Yusif EYVAZLI