Alyaska sahillərində güclü zəlzələ baş verdi

 21:16 21.12.2023     247

Alyaska sahillərində 6,3 maqnitudada zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 300-ə yaxın insanın yaşadığı Adak kəndindən 106 km cənub-şərqdə, 33 km dərinlikdə yerləşir.

Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.