Ağ Ev Praqa Universitetində baş verən atışmadan sonra yardım göstərməyə HAZIRDIR

 23:25 21.12.2023     208

Praqada Çarlz Universitetində baş verən atışmadan sonra ABŞ Çexiyaya lazımi yardımı göstərməyə hazırdır. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.

"ABŞ adından başsağlığı verir və bu faciəvi hadisədən sağ çıxanlara tezliklə sağalma arzulayırıq. Federal səlahiyyətlilər bu hadisəni araşdırarkən Çexiya hakimiyyət orqanları ilə əlaqə saxlayır və lazım gələrsə, əlavə dəstək verməyə hazırdırlar", - Jean Pierre bildirib.

Çarlz Universitetinin fəlsəfə fakültəsində baş verən atışma nəticəsində 15 nəfər həlak olub. 

Yusif EYVAZLI