"Fransa xərçəngdən əziyət çəkən uşaqları müalicə etməyə hazırdır"

 10:18 22.12.2023     178

Fransa xərçəng xəstəliyindən əziyyət çəkən və Qəzza zolağından təxliyə edilmiş uşaqları müalicəyə qəbul etməyə, digər Avropa ölkələri də fələstinli uşaqlara yardım göstərməyə hazırdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Əmmana səfəri zamanı İordaniya kralı II Abdullah ilə görüşündə deyib.

İordaniyanın "Petra" agentliyinin məlumatına görə, Makron həmçinin ölkəsinin İordaniya ilə koordinasiyada Qəzza zolağına göndərilən humanitar yardımın həcmini artırmaq istəyini açıqlayıb və anklavla sərhəddə ikinci Kerem Şalom keçid məntəqəsinin açılmasını alqışlayıb. 

NƏRGİZ