Rusiya və Ermənistan operativ kommunikasiya kanalları yaratdı
Rusiya və Ermənistan bir-birinin ərazisində KİV-in fəaliyyəti ilə bağlı operativ kommunikasiya kanalları yaradıblar.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında 2020-ci il dekabrın 30-da imzalanmış saziş mövcuddur: “Bu sənəd çərçivəsində dekabrın 14-də Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi ilə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi İdarəsi arasında ikitərəfli məsləhətləşmələr aparılıb”.
Səfir bildirib ki, danışıqlar zamanı Rusiya nümayəndə heyəti erməni tərəfinin arqumentlərini dinləyib və onların narahatlığını qeyd edib. Onun sözlərinə görə, mümkün fikir ayrılıqlarını ölkələr arasında dostluq münasibətləri ruhunda həll etmək məqsədi ilə operativ kommunikasiya kanallarının yaradılmasına dair razılıq əldə edilib.