"Qəzzadakı əməliyyat 2-ci Dünya Müharibəsini üstələyib"
İsrailin Qəzza zolağındakı hərbi kampaniyası tarixdə ən ölümcül və ən dağıdıcı kampaniyalardan biridir.
Redaktor.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Nəşr yazır ki, Nyu York Şəhər Universitetindən Kori Şer və Oreqon Dövlət Universitetindən Jamon Van Den tərəfindən "Copernicus Sentinel-1" peykindən alınan məlumatların təhlilinə əsasən, İsrailin hücumu anklavın şimalındakı bütün binaların üçdə ikisindən çoxunu dağıdıb: "Qəzza indi kosmosdan fərqli bir rəngə malikdir", - Şer deyib.
Bəzi hesablamalara görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr miqyasına görə İkinci Dünya Müharibəsi zamanı Almaniyanın müttəfiq qüvvələrinin bombardmanını və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqda “İslam Dövləti” terror qruplaşmasının məhv edilməsi əməliyyatını üstələyib.
Belə ki, amerikalı hərbi tarixçi Robert Papenin fikrincə, 1942-1945-ci illərdə müttəfiqlər Almaniyada binaların təxminən 10%-ni dağıdıblar, Qəzza zolağında isə 33%-dən çoxu artıq dağıdılıb.
Britaniyanın “Airwars” qeyri-kommersiya təşkilatının AP-yə istinadən verdiyi məlumata görə, 2014-2017-ci illərdə İraqda İŞİD-ə qarşı kampaniya zamanı koalisiya respublika ərazisinə 15 minə yaxın zərbə endirib. Ötən həftə İsrail ordusu Qəzza zolağına 22 min zərbə endirdiyini bildirib.
NƏRGİZ