İspaniya buna görə Aİ-yə veto qoydu

 12:30 22.12.2023     172

İspaniya Avropa İttifaqının (Aİ) beynəlxalq münasibətlər üzrə müşavirlərindən ibarət işçi qrupunun iclasında Aİ ölkələrinin Qırmızı dənizdə üzmə azadlığının və gəmilərin təhlükəsizliyinin təmin edilməsi üzrə ABŞ əməliyyatında iştirakı ilə bağlı qəbul edilmiş qərara veto qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə “El Confidencial” qəzeti məlumat yayıb.

Nəşrin yazdığı kimi, İspaniya hökuməti əvvəlcə bütün ictimaiyyəti missiyaya cəlb etməyi müdafiə edirdi. Qeyd olunur ki, dekabrın 20-də keçirilən fövqəladə iclasda Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi Atalanta əməliyyatının genişləndirilməsini yekdilliklə təsdiqləyib.

Lakin 24 saat sonra Madrid mövqeyini dəyişərək səbəb göstərmədən təşkilatın təşəbbüsdə iştirakını əngəlləyib.

Son bir neçə həftə ərzində ABŞ əvvəlki onilliklərlə müqayisədə Qırmızı dənizdə ən çox atəş gücü yerləşdirib. Bildirilir ki, Amerika tərəfi husilərin bölgədə gündəlik hücumlarını hərbi reaksiyaya səbəb olmaq cəhdi kimi qiymətləndirir.

NƏRGİZ