İsrail ordusu daha 11 fələstinlini saxladı
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə keçirilən antiterror əməliyyatları zamanı axtarışda olan 11 fələstinlini saxlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi qüvvələri bu gecə bütün Yəhudeya və Samariyada axtarışda olan 11 şəxsi saxlayıb”, - deyə məlumatda bildirilir.
Ordunun qeyd etdiyi kimi, reydlər zamanı qanunsuz silahlar da aşkar edilərək götürülüb. Saxlanılan və götürülən bütün silah-sursat əlavə araşdırma üçün təhlükəsizlik xidmətinə təhvil verilib.
NƏRGİZ