İsraillə ABŞ arasında ziddiyyətlər artır

 13:35 22.12.2023     166

İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə Qərb liderlərinə müraciət edərək, Misirə yüz minlərlə fələstinli qaçqını qəbul etməsi üçün təzyiq göstərmələrini istəyib, lakin rədd cavabı alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Netanyahu oktyabrın 7-də Fələstinin radikal HƏMAS tərəfdarları İsrail ərazisinə hücum etdikdən sonra ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Rişi Sunaka müraciət edərək onları Misirə təzyiq etməyə məcbur etmək istəyib.

Lakin hər üç lider İsrailin Baş naziri ilə söhbətində bundan imtina edib və Qəzza sakinlərinin Sinay yarımadasına köçürülməsinin yolverilməz olduğunu bildiriblər.

Qəzet qeyd edir ki, son vaxtlar İsraillə onun Qərbdəki əsas müttəfiqi ABŞ arasında ziddiyyətlər artmaqdadır. Ən çox tərəflər regionun gələcəyi və hərbi əməliyyatlar başa çatdıqdan sonra anklavı kimin idarə edəcəyi ilə bağlı fikir ayrılığının yaranmasıdır.

Netanyahu son vaxtlar verdiyi bəyanatlarda müstəqil Fələstin dövlətinin yaradılması ehtimalını getdikcə daha çox inkar etsə də, Bayden israr edir ki, HƏMAS məhv edildikdən sonra vahid Fələstin dövləti yaradılmalıdır. Hazırda İordan çayının qərb sahilindəki Fələstin ərazilərini idarə edən Fələstin Milli Administrasiyası orada güc əldə etməli olacaq.

Netanyahunun bu məsələdə sərt mövqeyi “The Washington Post” öz mənbələrinə istinadən iddia edir ki, onun İsrail daxilində apardığı siyasətin kəskin tənqidi ilə üzləşməsi ilə birbaşa bağlıdır  və bir çox analitiklər hətta hərbi əməliyyatlar başa çatdıqdan sonra onun istefasını proqnozlaşdırırlar.

NƏRGİZ