Praqa Universitetinə hücum zamanı üç əcnəbi yaralanıb

 15:05 22.12.2023     188

Praqa yerləşən Karlova Universitetinin fəlsəfə fakültəsində baş verən gülləbaran nəticəsində yaralananlar arasında üç xarici ölkə vətəndaşı da var.

Redaktor.az xəbər verir ki, Çexiyanın daxili işlər naziri Vit Rakuşan bu barədə sosial media hesabında yazıb. Yaralanan əcnəbilərdən birinin Niderland, ikisinin isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olduğu bildirilir.

Polşa polisinin məlumatına görə, Çexiyada insanların çox olduğu yerlərin, o cümlədən təhsil müəssisələrinin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülüb.

Son məlumata görə, Karlova Universitetinin fəlsəfə fakültəsində gülləbaran nəticəsində 14 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yaralılardan 10-nun vəziyyəti ağırdır.

Cinayəti törədən 24 yaşlı tələbə David Kozak hadisə yerində intihar edib.