"Dünyadakı bütün silahlar Rusiyanı məğlub etməyə kömək etməyəcək"
Dünyadakı bütün silahlar Ukraynaya Rusiyanı məğlub etməyə kömək etməyəcək.
Redaktor.az "vesti.ru"ya istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko dünyanı bunu açıq şəkildə etiraf etməyə çağırıb.
Onun fikrincə, siz Ukraynaya dünyada olan bütün silahları və bütün pulları göndərə bilərsiniz, lakin bu, Rusiyanı döyüş meydanında məğlub etməyə kömək etməyəcək.
Fiko "pravda.sk" saytına müsahibəsində bildirib ki, bir çox Qərb ölkələri Rusiyaya nifrət hissi keçirir. Ona görə də onlar Moskva ilə son Ukrayna əsgərinə qədər döyüşməyə hazırdırlar.
Qeyd edək ki, Slovakiyanın yeni hökuməti öz sələflərinin Ukrayna Silahlı Qüvvələri üçün Kiyevə 40,3 milyon avro yardım ayırmaq təşəbbüsünü artıq rədd edib. "Slovakiya artıq Ukraynaya öz anbarlarından silah tədarük etməyəcək", - Robert Fiko əlavə edib.
NƏRGİZ