Japarov Qırğızıstan bayrağı ilə bağlı qanunu imzaladı
Qırğızıstan Prezidenti Sadır Japarov dövlət bayrağında dəyişikliyin edilməsinə dair qanunu imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Qırğızıstan” yayıb.
Bununla da, Qırğızıstan bayrağının üzərindəki günəş təsvirinin şüaları dalğavaridən düz formaya dəyişdiriləcək.
Xatırladaq ki, dekabrın 20-si Qırğızıstan parlamenti dövlət bayrağında dəyişikliyin edilməsi ilə bağlı qanunu üçüncü oxunuşda qəbul edib.