Ukrayna ordusu Rusiyanın 3 qırıcısını MƏHV ETDİ

 18:38 22.12.2023     339

Ukrayna hərbçiləri bu gün Rusiyanın üç Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk “Telegram” paylaşımında qeyd edib.

Onun sözlərinə görə, dekabrın 22-də gecə saatlarında zərərsizləşdirilmiş Rusiyanın buraxdığı “Şahed” dronunun üzərində ukraynalılara qarşı nalayiq mesaj olub.

Oleşçuk cavab olaraq bu gün günorta saatlarında Cənub əməliyyat zonasında Rusiyanın üç Su-34 qırıcısının vurulduğunu bildirib.