BMT Qəzza zolağı ilə bağlı qətnamə qəbul etdi

 22:33 22.12.2023     285

BMT Təhlükəsizlik Şurası Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı qətnamə qəbul edib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Qətnamə İsrail və HƏMAS qrupundan anklav üçün humanitar yardım səylərini genişləndirməyi tələb edir. Qətnamənin mətninə əsasən, Təhlükəsizlik Şurası “təhlükəsiz, maneəsiz və genişləndirilmiş humanitar çıxışı dərhal təmin etmək üçün təcili addımlar atmağa çağırır”. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası “hərbi əməliyyatların davamlı dayandırılması üçün” şərait yaradılmasını tələb edir.

Qətnamənin lehinə 13 ölkə səs verib. Rusiya və ABŞ-ın bitərəf qaldığı qeyd edilir.

Yusif EYVAZLI