İranda zəlzələ oldu

 10:02 23.12.2023     251

İranda 4,6 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan DİN Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Təbriz şəhərindən 33 km şimal-şərqdə qeydə alınıb, ocağı isə 10 km dərinlikdə yerləşib.

Təkanın episentrdə gücü 6 bal təşkil edib.

2-3 ballıq yeraltı təkanlar Ermənistanda da hiss olunub.