İsrail müdafiə naziri Blinkenlə Qəzzanı müzakirə etdi

 17:45 23.12.2023     250

İsrail müdafiə naziri Yoav Qallant ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, tərəflər Qəzzadakı əsirlər və humanitar yardım məsələsini müzakirə ediblər.

Xatırladaq ki, Qəzzada oktyabrın 7-dən indiyə kimi ölənlərin sayı 20 mini keçib. Onlardan azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Yaralananların sayının isə 52 min 600-ü keçdiyi bildirilib.