İstanbulda 600 min zəlzələyə davamlı ev tikiləcək
Türkiyə hökuməti təmir proqramı çərçivəsində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyinəzərdə tutur.
Redaktor.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib.
"İstanbulda təqribən 7,5 milyon bina var, o cümlədən 6 milyon yaşayış binası, bunlardan 600 mini prioritet olaraq təmir edilməlidir. Məqsədimiz beş il ərzində yaşayış üçün təhlükəli sayılan 1,5 milyon evin sakinlərini köçürməkdir", - deyə o, əlavə edib.
Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.