Ukraynada daha bir azərbaycanlı həlak oldu
Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, əslən azərbaycanlı olan Elçin Muradov adlı şəxs Ukraynadakı müharibədə həyatını itirib.
O, beynəlxalq dərəcəli hakim, boks üzrə idman ustası olub.
E.Muradovun hansı istiqamətdə gedən döyüşlərdə və hansı şəraitdə həlak olduğu barədə hələik dəqiq məlumat verilmir.