Çili sahillərində 5,7 bal gücündə zəlzələ baş verdi

 09:36 24.12.2023     205

Çili sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.