Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatdı
Son günlər Türkiyə ordusunun “Pençe-Kilit” əməliyyat bölgəsində hücumlardan sonra zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Qeyd edək ki, dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.
Son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında Türkiyənin 12 hərbçisi şəhid olub.