Serbiyanın yeni hökuməti fevralın sonuna kimi formalaşacaq

 20:36 24.12.2023     216

“Serbiyanın yeni hökuməti gələn il fevralın sonuna kimi formalaşacaq”.

Redaktor.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, 2027-ci ildə ölkədə yeni parlament seçkiləri keçiriləcək.

Dekabrın 18-də Vuçiç rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası (SPP) ətrafındakı koalisiyanın qalib gəldiyi parlament seçkilərindən sonra bildirib ki, ölkə Avropa Birliyinə gedən yolunu davam etdirəcək (report).