ABŞ-da Fələstin-İsrail müharibəsi başlayandan zorakılıq hadisələri artıb
Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumundan sonra ABŞ-da zorakılıq hadisələri xeyli artıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ ədliyyə nazirinin birinci müavini - baş prokuror Liza Monako məlumat verib.
“Biz Amerikanın yəhudi, eləcə də müsəlman və ərəb icmalarına qarşı zorakılıq təhdidlərinin və faktiki zorakılıq hadisələrinin əhəmiyyətli dərəcədə artdığını gördük.
Oktyabrın 7-dən bəri Federal Təhqiqatlar Bürosu (FTB) İsrail və Qəzza arasında mövcud münaqişə ilə bağlı təhdidlər və digər məlumatlarla bağlı 1800-dən çox məlumat əldə edib ”, - deyə o qeyd edib.
Monako əlavə edib ki, ABŞ çox gərgin təhlükəsizlik vəziyyəti ilə üzləşib. Onun qiymətləndirməsinə görə, ən böyük təhlükə irqi və ya etnik ayrı-seçkilik ideyasının tərəfdarlarından gəlir.