"Xan Yunis uğrunda döyüşlər bir neçə ay davam edə bilər"
"İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsi uğrunda döyüşləri bir neçə ay çəkə bilər".
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”a yüksək rütbəli İDF rəsmisi deyib.
İsrail ordusunun yüksək rütbəli nümayəndəsi, Xan Yunisdəki qoşunların komandanı nəşrə deyib ki, yəhudi dövləti şəhərə nəzarəti ələ keçirənə qədər aylar keçə bilər. Buna səbəb anklavın cənubunda radikal HƏMAS hərəkatının mövcudluğunun miqyasının İsrail tərəfinin gözlədiyindən daha böyük olduğu ortaya çıxıb.
Hərbi zabit əlavə edib ki, İsrail ordusu öz qoşunlarına ziyan vurmamaq üçün Qəzzanın cənubunda daha az hava hücumlarından istifadə edir.
Eyni zamanda, onun sözlərinə görə, yəhudi dövlətinin hərbi qulluqçuları kəşfiyyat məlumatlarını toplamaq üçün tez-tez əvvəlcə binaya daxil olur və yalnız bundan sonra onu vururlar. Bununla belə, hərbi icmanın bəzi üzvləri hesab edir ki, hava hücumlarından məhdud istifadə yalnız İsrail hərbçiləri arasında itkilərin sayını artırır.
Qəzet qeyd edir ki, zolağın cənub hissəsində İsrail qüvvələri anklavın şimalında olduğu kimi məskunlaşan ərazilərin bütün sakinlərini dərhal təxliyyə etmir, yalnız planlaşdırılan ərazilərə yaxın ərazidə yerləşən mülki insanları köçürür.
Həmidə İBRAHİMLİ