Altı yaşlı uşaq səhvən başqa şəhərə uçdu
Amerikanın “Spirit Airlines” aviaşirkəti altı yaşlı sərnişini ABŞ-ın yanlış şəhərinə göndərərək ailəsini qorxudub.
Redaktor.az xəbər verir ki, bu barədə "Wink News" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kasper adlı oğlan təyyarədə uşaqları müşayiət etmək xidmətindən istifadə edərək valideynləri olmadan uçurmuş. O, Filadelfiyadan nənəsinin onu gözlədiyi Fort Mayersə gəlməli idi. Lakin nənəsi onu hava limanında tapa bilməyib.
Məlum olub ki, daşıyıcının təqsiri üzündən oğlan Orlando şəhərində qalıb. Nənə nəvəsinə qovuşmaq üçün 250 kilometr yol qət etməli olub. Qadın etiraf edib ki, bu, həyatındakı ən dəhşətli hadisələrdən biri idi.
“Spirit Airlines” aviaşirkəti hadisəyə görə üzr istəyib və Kasperin ailəsinə dəyən ziyanı ödəyəcəyinə söz verib. Şirkət baş verənlərlə bağlı araşdırmaya başlayıb.
NƏRGİZ