"İqtisadi baza uğurlu müharibələrə imkan verir" - Mask
"İqtisadi baza uğurlu müharibələrə imkan verir".
Redaktor.az xəbər verir ki, bu barədə milyarder İlon Mask "X" sosial şəbəkəsində yazıb.
Belə ki, o, iqtisadçı ekspert Cefri Saksın uzun sürən silahlı münaqişədə uzun müddət mümkün qədər çox döyüş sursatı istehsal edə bilən tərəfin qalib gəlməsi ilə bağlı sözlərini şərh edib.
"İqtisadi güc müharibə aparmaq üçün əsasdır", - deyə milyarder yazıb.
Daha əvvəl ictimai müzakirələr zamanı Mask bildirmişdi ki, Üçüncü Dünya müharibəsindən qaçmaq üçün Ukrayna bəzi əraziləri Rusiyaya verməli, yəni ölkəyə yeni regionların daxil olmasını tanımalıdır. Onun fikrincə, bu, Rusiya Federasiyasına münasibətdə zəruri kompromisdir. Əks halda, o, Moskvanın Çinlə sıx müttəfiqliyə doğru gedəcəyini proqnozlaşdırırdı.
NƏRGİZ