UNICEF Qəzzaya 80 min doza peyvənd göndərdi

 15:00 25.12.2023     201

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzza zolağına altı yaşından kiçik uşaqlar üçün 80 min doza qızılca, məxmərək və parotit peyvəndi göndərib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

“Dünən, dekabrın 24-də UNİCEF-in hədiyyə etdiyi qızılca, parotit və məxmərəyə qarşı 80 min doza vaksin Qəzza zolağına çatdırılıb”, - departamentin açıqlamasında bildirilir.

Qəzza Səhiyyə Nazirliyi dekabrın 14-də anklavda uşaq peyvəndlərinin tədarükünün demək olar ki, tükəndiyini bildirmişdi.

NƏRGİZ