Navalnıdan xəbər var
Rusiyada həbsdə olan müxalif siyasətçi, bir müddətdir yaxınlarının əlaqə qura bilmədiyi Aleksey Navalnı tapılıb.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, siyasətçinin komandası bu barədə məlumat yayıb.
Belə ki, Aleksey Navalnı Rusiyanın Yamal-Nen Muxtar Dairəsinin Xarp kəndindəki 3 saylı islah koloniyasında saxlanılırmış.
Qeyd edək ki, Navalnı ardıcıl olaraq videobağlantı vasitəsilə məhkəməyə qoşula bilməyib. Onun tərəfdaşları uzun müddət siyasətçinin harada olduğunu bilməyiblər. Həbsxana işçiləri Aleksey Navalnının iclaslarda iştirak etməməsini “qəza və elektrik enerjisinin olmaması” ilə izah ediblər. Bundan başqa, vəkilin siyasətçi ilə görüşünə icazə verilməyib.