Hizbullah üç istiqamətdə İsrailin mövqelərinə hücum etdi

 17:00 25.12.2023     190

Hizbullah partiyasının silahlı qüvvələri üç sərhəd bölgəsində İsrail ordusunun mövqelərini atəşə tutub.

Redaktor.az xəbər verir ki, "Al Jadeed" telekanalının məlumatına görə, şiə qruplaşması hücumlarda tank əleyhinə raketlərdən və minaatanlardan istifadə ediblər.

Zərbələr Beyt Hillel, Matat və Sasa yəhudi yaşayış məntəqələri yaxınlığındakı möhkəmləndirilmiş ərazilərə endirilib. Bu hücumların nəticələri və mümkün itkilər barədə məlumat verilmir.

Hizbullah əsgərləri Birket Rişdəki ordu kazarmalarının yaxınlığında İsrail əsgərlərinə atəş açıb. Qurumun hərbi informasiya xidmətinin kommünikesi düşmən sıralarında yaralıların olduğunu bildirir.

NƏRGİZ