Putin əcnəbilərin ölkəyə gəlmə prosedurunu sadələşdirdi - Yeni qanun
Rusiyaya gəlməyi planlaşdıran əcnəbilər xaricdə məcburi barmaq izi qeydiyyatından keçə biləcəklər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu imkanı Rusiya prezidenti Vladimir Putinin imzaladığı qanun verir.
Sənədə əsasən, Federal Unitar Dövlət Müəssisəsi məcburi barmaq izi qeydiyyatının aparılması və xarici vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı üçün müraciətlərin qəbulu ilə məşğul olacaq.
Ölkəyə işləmək üçün gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə 90 gündən çox müddətə işləmək məqsədi ilə gəlməyi planlaşdıranlar Rusiyadan kənarda məcburi dövlət barmaq izi qeydiyyatından keçə biləcəklər. Prosedur xarici dövlətlərin ərazisində həyata keçiriləcək, onların siyahısı Rusiya hökuməti tərəfindən müəyyən ediləcək.
Humay İSGƏNDƏRLİ