"Ermənistan müxtəlif geosiyasi mərkəzləri çaşdırmağa çalışır" - Surenyants

 11:18 26.12.2023     167

Paşinyanın beynəlxalq münasibətlərlə bağlı düzgün olmayan fikirləri var.

Redaktor.az  erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Baş nazir Nikol Paşinyanın Aİİ-də dünənki bəyanatını və bu fonda Qərbin bəyanatlarını şərh edərkən deyib.

"Nikol Paşinyan dünən Sankt-Peterburqda deyib: “Aİİ siyasi və xüsusilə də geosiyasi gündəmi olmayan iqtisadi birlikdir”.

Əslində, Paşinyanın beynəlxalq münasibətlərlə bağlı düzgün olmayan fikirləri var, bunlar virtual bir şey deyil, konkret komponentlərə - təhlükəsizlik və maddi maraqlara söykənir.

İqtisadi cəhətdən bir struktura inteqrasiya olunaraq təhlükəsizlik problemlərinin həllini başqa sistemdə görmək mümkün deyil. Bunun xarici siyasətin şaxələndirilməsi ilə heç bir əlaqəsi yoxdur, bu, fəlakətə səbəb ola biləcək ümumi qumardır.

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Paşinyanın Sankt-Peterburqa səfəri fonunda Ermənistan xarici siyasətini dəyişmək və Moskvadan uzaq durmaq barədə aydın qərar verib.

Kolomina havadan belə bir açıqlama verməzdi.

Ermənistan müxtəlif geosiyasi mərkəzləri çaşdırmağa çalışır.

Yenə deyirəm, bunun xarici siyasət, təhlükəsizlik sistemi və ya iqtisadiyyatın şaxələndirilməsi ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq gündəmin olmamasının və təhlükəli avantüranın nəticəsidir", - politoloq fikrini yekunlaşdırıb.

NƏRGİZ