İsrail HƏMAS-ın 100-dən çox hədəfinə hücum etdi
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 24 saat ərzində Fələstinin radikal HƏMAS hərəkatının istifadə etdiyi 100-dən çox obyektə hücum edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Ordunun quru, hava və dəniz qüvvələri Qəzza zolağında terrorçuların hədəflərinə, o cümlədən terrorçuların hücrələrinə, hərbi obyektlərə və terror təşkilatlarının istifadə etdiyi infrastruktura zərbələr endirməkdə davam edir.
Quru qüvvələrinə dəstək olaraq onlarla İDF döyüş təyyarəsi HƏMAS-ın 100-dən çox terrorçu hədəfinə, o cümlədən tunel şaxtaları, infrastruktur və terror təşkilatının İDF əsgərlərinə hücum etmək üçün istifadə etdiyi hərbi obyektlərə hücum edib”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, İsrail ordusunun Cebaliya şəhərindəki hərbçiləri İsrail tanklarından birinə partlayıcı qurğu yerləşdirməyə cəhd edən bir qrup döyüşçünü müəyyən edərək məhv ediblər. Sektorun cənubundakı Xan Yunisdə İsrail ordusu toqquşmaların birində bir neçə dəqiqə ərzində ondan çox terrorçuya hücum edərək onları öldürüb”,- mətbuat xidməti əlavə edib.
NƏRGİZ