Peskov prezidentliyə namizədlərin ambisiyalarından danışdı
Prezidentliyə namizədlərin çoxluğu təbiidir və təəccüblü deyil, çünki ruslar öz konstitusion hüquqlarından istifadə edirlər.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Eyni zamanda, Peskov qeyd edib ki, bəzi namizədlərin ambisiyaları həyata keçirilə bilməz.
“Təbii ki, siyasi ambisiyalarını bəyan edən insanlar meydana çıxır. Bəziləri üçün mümkün, bəziləri üçün isə mümkün deyil”, - Kreml nümayəndəsi bildirib.
NƏRGİZ