Evindən 309 heyvan tapılan qadın HƏBS EDİLDİ

 14:44 26.12.2023     151

ABŞ-ın Florida ştatında bir qadının evindən 309 heyvan tapıldıqdan sonra həbs edilib. Evdəki ammonyak miqdarının "ölümcül" səviyyədə olduğu müəyyən edilib.

Redaktor.az xəbər verir ki, Frostproof şəhərində 48 yaşlı Lisa Laxarite adlı qadının evində 164 quş, 142 pişik və 3 it olub.

Evə girən polis qəfəslərdə kilidlənmiş təxminən 75 toyuq, tovuz və ördəklə qarşılaşıb. Rəsmilər bu heyvanların bəzilərinin zəif və xəstə göründüyünü söyləyir.

Evə baxış keçirən polis məmurunun ammonyak qoxusunu “dözülməz” adlandırdığı və qəfəslərdən başqa evdə təxminən 50 pişiyin qaçdığını bildirib.

Laxarite polisə bildirib ki, o, pişikləri xilas edib, toyuq və quşları çox sevir. Evə gələn yanğınsöndürənlər havadakı ammonyak miqdarını ölçmək üçün nümunələr toplayıb. Ölçmə nəticəsi məlum olub ki, ammonyak miqdarı 70-100 ppm-dir. 50 ppm-dən yuxarı olan doza heyvanlar və insanlar üçün ölümcül hesab olunur.

Laxaritenin 75 yaşlı anası da evdən çıxarılaraq başqa yerə köçürülüb. 5 heyvana amansızlıq, 309 heyvana baxımsızlığı və yaşlılara laqeyd münasibətdə günahlandırılan Laxarite həbs olunaraq Polk İlçe Həbsxanasına göndərilib.(publika)

2