İordan çayının qərb sahilində daha 33 şübhəli saxlanıldı
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində bir sıra antiterror reydləri keçirərək, ümumilikdə 33 fələstinlini ekstremist fəaliyyətdə iştirakda şübhəli bilərək saxlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri, Ümumi Təhlükəsizlik Xidməti və Sərhəd Polisi Nur Şəms qaçqın düşərgəsində gecə əməliyyatı keçirərək, Yəhudeya və Samariya boyunca partlayıcı laboratoriyanı məhv edib və 30-dan çox silahı ələ keçirib.
Ordunun məlumatına görə, ümumilikdə oktyabrın 7-də HƏMAS radikallarının İsrail ərazisinə hücumuna cavab olaraq Qəzza zolağında başlayan hərbi əməliyyatlar zamanı İordan çayının qərb sahilində və İordaniya vadisində artıq 2550-yə yaxın axtarışda olan şəxs saxlanılıb. Onlardan 1300-ü Fələstin radikal hərəkatı ilə əlaqədə şübhəli bilinir.
NƏRGİZ