Ruslara Şaxta babaya məktub yazmaq QADAĞAN EDİLDİ
Ruslar Laplandiyada Santa Klausa kağız məktub yaza bilməyəcəklər.
Redaktor.az RTVI istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi yeni qadağanı elan edib.
“2022-ci ilin aprel ayından Finlandiya Poçt Xidməti Ümumdünya Poçt İttifaqının sazişlərinə uyğun olaraq müstəsna hallara əsaslanaraq, Finlandiya ilə Rusiya arasında, eləcə də Finlandiya və Belarusiya arasında bütün məktub və bağlamaların daşınmasını növbəti bildirişə qədər dayandırıb”, - Finlandiya Xarici İşlər Nazirliyi bildirib.
Məlumatda qeyd olunur ki, hər kəs elektron poçtla Şaxta babaya məktub yazmaqda sərbəstdir.
NƏRGİZ