"Tayvanı Çindən ayırmaq cəhdi qətiyyətlə dayandırılmalıdır"

 16:07 26.12.2023     249

Tayvanı Çindən ayırmaq cəhdi qətiyyətlə dayandırılmalıdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.

“Biz yeni dövrdə Tayvan probleminin həlli üçün partiyanın ümumi strategiyasına sadiq qalmalı, vahid Çin prinsipinə və 1992-ci il konsensusuna riayət etməli, əlaqələrin inkişafını hərtərəfli dərinləşdirməli və Tayvan boğazının hər iki tərəfi arasında dinc inkişafı təşviq etməliyik. Hər hansı bir qüvvənin Tayvanı Çindən ayırmaq cəhdinə qəti şəkildə qarşı çıxmaq lazımdır”.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekinin Tayvanla bağlı mövqeyini “daş kimi möhkəm” adlandırmışdı. 

NƏRGİZ