Qəzzada ölənlərin sayı 20 915-ə çatdı
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 20 915 nəfərə çatıb, 55 minə yaxın insan isə yaralanıb.
Redaktor.az bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudranın departamentin rəsmi Facebook səhifəsində dərc olunmuş bəyanatında deyilir: "İsrailin 7 oktyabrdan bəri təcavüzü nəticəsində ölənlərin sayı 20 915-ə çatıb, 54 918 nəfər yaralanıb".
Məlumata görə, təkcə son 24 saat ərzində “İsrail işğalçı qüvvələri bütöv bir ailəyə qarşı 18 qətliam törədib” və nəticədə 241 nəfər həlak olub.
NƏRGİZ