İlon Mask işçilərini milyonluq bonuslardan məhrum etdi
X sosial şəbəkəsinin (keçmiş Twitter) yeni sahibi olan sahibkar İlon Mask şirkətin işçilərini əmək müqaviləsi üzrə vəd edilən bonuslardan məhrum edib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Keçmiş X işçisinə görə, işçilər ilin birinci rübünə qədər şirkətdə qalsalar, 2022-ci il bonuslarının 50 faizini alacaqlar. Lakin heç bir ödəniş edilməyib.
Təxminən iki min şirkət işçisi San-Fransisko məhkəməsində beş milyon dollardan çox təzminat iddiası qaldırıblar. Məhkəmə əmək müqaviləsində mükafatların ödənilməsini nəzərdə tutduğu üçün müqavilənin pozulması ilə bağlı iddianın əsaslı olduğu qənaətinə gəlib. Eyni zamanda şirkətin hüquqşünasları şirkətin işçilərə yalnız şifahi vəd verdiyini və bunun rəsmi sənəd sayıla bilməyəcəyini əsaslandırıblar.
Yusif EYVAZLI