"Döyüşçülərimiz Qəzza zolağında bəzən yerin altında da döyüşür" - Netanyahu

 21:52 26.12.2023     197

İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Netanyahu çıxış edib.

"Biz Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq. Döyüşçülərimiz Qəzza zolağında yerin səthində, bəzən yerin altında döyüşür və bizim gözlərimiz göydə var. Biz ən qabaqcıl texnologiyalardan istifadə də daxil olmaqla, sona qədər mübarizə aparırıq", - Netanyahu vurğulayıb.

Yusif EYVAZLI