İsrail BMT-ni bir imtiyazdan məhrum EDƏCƏK

 22:19 26.12.2023     225

İsrail hökuməti tezliklə BMT əməkdaşları üçün bütün vizaların avtomatik təsdiqlənməsi qaydasını ləğv edəcək. Təşkilatın belə bir imtiyazdan məhrum edilməsi onun mövqeyi ilə bağlıdır. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi X sosial şəbəkəsində bildirib.

“Biz qlobal məsuliyyət tələb edirik və nümunə götürürük. BMT əməkdaşlarının viza sorğuları bundan sonra avtomatik olaraq təsdiqlənməyəcək. Əvəzində biz müraciətləri fərdi şəkildə öyrənəcəyik”, - o, videomüraciət zamanı bildirib.

Yusif EYVAZLI