Ukrayna Aİ-yə bu tarixdə daxil ola biləcək

 10:08 27.12.2023     200

"Ukraynanın Aİ-yə daxil olması üçün 6 ildən 11 ilə qədər vaxt lazımdır".

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, Avropa İttifaqının Avstriyadakı nümayəndəliyinin rəhbəri Martin Sellmayr deyib.

Eyni zamanda, Sellmayr vurğulayıb ki, Avropa Ukraynanı Avropa ailəsinə qəbul etmək üçün Kiyevə verdiyi konkret vədi yerinə yetirməlidir.

Daha əvvəl rəsmi bildirib ki, AK Kiyevin qoşulma prosedurunu “sanki Netflix seriallarından biri kimi” sadəcə izləməməlidir və Kiyevin avropalı siyasətçilərin gələcək üçün aydın planına ehtiyacı olduğunu qeyd edib.

Onun fikrincə, Aİ Ukraynanın demokratiya və iqtisadiyyatına stabilləşdirici təsir göstərəcək.

Həmidə İBRAHİMLİ