"ABŞ-ın İraqdakı hədəflərə zərbələri Yaxın Şərqdəki münaqişəni genişləndirir"

 10:04 27.12.2023     172

"ABŞ-ın İraqdakı hədəfləri vurması və husi üsyançılarının Qırmızı dənizdəki gəmilərə hücumları Yaxın Şərqdə münaqişəni genişləndirir".

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Keçmiş ABŞ rəsmisi Aaron David Millerin sözlərinə görə aydındır ki, İsrail və HƏMAS arasındakı müharibə bu intensivliklə nə qədər uzun davam edərsə, bir o qədər gərginliyin olacağı ehtimalı daha yüksəkdir.

O qeyd edib ki, qeyri-dövlət qruplarının sayı, eləcə də həm İsrailin hərbi əməliyyatlarının gözlənilməzliyi, həm də İranın potensial cavabları konkret insidentlərin nə vaxt daha geniş eskalasiyaya çevrilə biləcəyini proqnozlaşdırmağı çətinləşdirir.

Həmidə İBRAHİMLİ