Ermənistan Hindistandan yeni silahlar almağı planlaşdırır
Son üç ildə Hindistan Ermənistana əsas silah tədarükçülərindən biri olub.
Redaktor.az xəbər verir ki, bu barədə "The National Interest" nəşrində dərc edilən məqalədə bildirilir.
Müəllif yazır ki, Ermənistan və Hindistan arasındakı 40 milyon dollarlıq müdafiə sövdələşmələrinə "Pinaka" raket buraxılış sistemlərinin satışı, SWATHI radarları, tank əleyhinə raketlər və 155 mm-lik artilleriya silahları daxildir.
Hindistan Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Ermənistan daha çox müdafiə sövdələşmələrində maraqlıdır. İrəvaj Yeni Dehlidən pilotsuz uçuş aparatları, antidron sistemləri, sursatlar, orta mənzilli hava hücumundan müdafiə sistemləri almaqda maraqlıdır.
Nəşr xatırladır ki, 2022-ci ilin oktyabrında Ermənistanın müdafiə naziri Suren Papikyan Yeni Dehlidə müdafiə sərgisini ziyarət edib və hindistanlı həmkarı Racnat Sinq ilə görüşüb.