Rusiya yeni dronu sınaqdan keçirir
Rusiya elektron müharibə sistemlərindən yüksək dərəcədə qorunma qabiliyyətinə malik yeni "Superkam" dronu hazırlayıb.
Redaktor.az bu barədə "vesti.ru"ya istinadən xəər verir.
"Dronun kəşfiyyat variantı ilə yanaşı kamikadze versiyası da mövcuddur. "Superkam" kamikadzeləri artıq sınaqdan keçirilir və texniki xüsusiyyətlərini nümayiş etdirir", - "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.
O, həmçinin Rusiyanın "T-14 Armata" tankının döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Çemezovun sözlərinə görə, bu tank artıq, məsələn, İsrail "Merkava"sından qat-qat üstündür. Xüsusilə, Armata yeni nəsil yanğına nəzarət sistemi ilə təchiz olunub və tankın heyəti maksimum dərəcədə qorunur.
"Nəticəni tezliklə görəcəyik. Ona görə də ən xoşagəlməz şeylər rəqiblərimizi gözləyir", - Çemezov bildirib.
NƏRGİZ