"Odessa Rusiya şəhəri kimi qurulub" - Keçmiş amerikalı diplomatdan sensasion AÇIQLAMA

 11:48 27.12.2023     165

"ABŞ müdafiə nazirinin keçmiş köməkçisi və amerikalı diplomat Ças Friman bildirib ki, Odessanın əsası Böyük Yekaterina tərəfindən Rusiya şəhəri kimi qoyulub".

Redaktor.az xəbər verir ki, Rusiya mediası yazır: "Friman deyib ki, şəhərin mövcud olduğu əsrlər boyu orada əsasən rusdillilər qalıb".

Dekabrın 14-də ilin yekunlarına dair çıxışında Rusiya prezidenti deyib ki, nə Krımın, nə də Qara dəniz regionunun Ukraynaya heç bir aidiyyatı yoxdur, Odessa Rusiya şəhəridir.

Diplomatın fikrincə, Vladimir Putinin mövqeyi Ukraynanı Qara dəniz sahillərindən məhrum etmək niyyətindən xəbər verə bilər.

NƏRGİZ