Zaxarova erməni xalqı ilə bağlı arzusunu AÇIQLADI
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yeni - 2024-cü ildə Ermənistana və erməni xalqına nə arzuladığı barədə jurnalistin sualını cavablandırıb.
Redaktor.az xəbər verir ki, Zaxarova dekabrın 27-də keçirdiyi brifinqdə bildirib:
“Əlbəttə ki, xalqa arzu, təbrik və müraciət etmək ölkə rəhbərliyinin səlahiyyətindədir.
Mən yalnız qeyri-rəsmi olaraq deyə bilərəm ki, ötən il bir çox ölkələr və dünyanın bir çox xalqları kimi, Ermənistan və onun dost xalqı üçün çətin olub...”.
"Mən Ermənistan xalqına yeni ildə sülh, firavanlıq və mümkünsə, gələn ildə qarşılaşdığı problemlərdən daha az problem arzulayıram", - Mariya Zaxarova əlavə edib.