Zaxarova Yaponiyaya xəbərdarlıq etdi

 15:14 27.12.2023     199

Yaponiyanın Amerikanın “Patriot” zenit-raket komplekslərini Ukrayna Silahlı Qüvvələrinə təhvil verməsinin ciddi nəticələri olacaq.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Yapon raketləri Ukrayna Silahlı Qüvvələrinin əlinə keçərsə, bu cür hərəkətlər Rusiya Federasiyasına qarşı açıq-aşkar düşmənçilik kimi qiymətləndiriləcək və Yaponiya üçün ən ağır nəticələrə səbəb olacaq", - o, xəbərdarlıq edib.

Zaxarovanın sözlərinə görə, Tokionun Kiyevə silah təhvil verilməsinə razılıq verməsi onu göstərir ki, Yaponiyanın Baş naziri Fumio Kişidanın administrasiyası ölkənin müharibədən sonrakı Konstitusiyasının pasifist müddəalarının ardıcıl ləğvi istiqamətində öz kursunu bir daha təsdiqləyib.

Diplomat həmçinin vurğulayıb ki, bu kurs “qlobal və regional təhlükəsizlik üçün nəzərəçarpacaq mənfi nəticələrə səbəb olacaq”.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirmişdi ki, Ağ Ev Yaponiyanın “Patriot” hava hücumundan müdafiə sistemi üçün ABŞ-a raket ötürmək qərarını təsdiqləyir.

NƏRGİZ