Ali Məhkəmə Putinin rəqibini seçkiyə BURAXMADI

 15:40 27.12.2023     197

Rusiyada Ali Məhkəmə Mərkəzi Seçki Komissiyasının Yekaterina Duntsovanın prezidentliyə namizədliyinin irəli sürülməsi üzrə təşəbbüs qrupunun qeydə alınmasından imtinasını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə SOTA məlumat yayıb. 

Belə ki, Rusiya Ali Məhkəməsinin hakimi Oleq Nefedov Mərkəzi Seçki Komissiyasının seçkilərdə iştirak etmək üçün onun təşəbbüs qrupunu qeydə almaqdan imtinasına etiraz etməyə çalışan jurnalist Yekaterina Duntsovanın iddiasını təmin etməkdən imtina edib.