Qəzza zolağında ölənlərin sayı 21 mini keçdi
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 21 mini keçib, 55 mindən çox insan isə yaralanıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudranın departamentin rəsmi səhifəsində dərc olunmuş bəyanatında deyilir: “İsrailin 7 oktyabrdan bəri ölənlərin sayı 21 110 nəfərə çatıb, 55 243 nəfər yaralanıb".
Onun sözlərinə görə, təkcə son 24 saat ərzində İsrail işğalçı qüvvələri bütöv bir ailəyə qarşı 16 qətliam törədib, 195 nəfər həlak olub.
Səhiyyə Nazirliyinin nümayəndəsi adıçəkilən tibb kompleksi ilə bağlı narahatlığını bildirib. Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser, İsrail qüvvələrinin noyabr ayında basqın etdiyi anklavın şimalındakı Əl-Şifa xəstəxanasında baş verən ssenarini təkrarlayır. O, beynəlxalq təşkilatları tibb kompleksinin, onun personalının, yaralıların, xəstələrin və minlərlə məcburi köçkünün mühafizəsini təmin etmək üçün təsirli və təcili tədbirlər görməyə çağırıb.
NƏRGİZ