Paşinyan Abdullahianı qəbul etdi
İrəvanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Görüşdə İranın Ermənistandakı səfiri də iştirak edib.
Danışıqların detalları barədə geniş məlumat verilməyib.
Abdullahian Paşinyandan öncə İrəvanda xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.